Yevlax Olimpiya İdman Kompleksində yeni cüdo salonu fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, bu münasibətlə təşkil olunan açılış mərasimində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan idman ocağı müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Ümumi sahəsi 200 kvadratmetr olan idman məkanında 200 nəfərin cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb. İdmançıların istifadəsi üçün paltardəyişmə otaqları və digər köməkçi sahələr də nəzərdə tutulub.
Qabil YUSİFOĞLU
XQ

