Dünən Misli Premyer Liqasının XXVI turunda 3 oyun keçirilib. “Turan Tovuz” səfərdə “İmişli” ilə qarşılaşıb. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Oyunun 45-ci dəqiqəsində Dioqo Kardozu imişliləri hesabda önə çıxarıb. Mark Rene Mampassinin 53-cü dəqiqədə vurduğu qol hesaba tarazlıq gətirib–1:1.
Turun digər oyunlarında “Zirə” - “Şamaxı”–1:1, “Araz-Naxçıvan” - “Sabah” 2:4 hesabı qeydə alınıb.
XXVI turdan sonra turnir cədvəlinə 65 xalla “Sabah” başçılıq edir. “Qarabağ” 55 xalla ikinci, “Turan Tovuz” isə 49 xalla 3-cü sırada yer alıb. Sonuncu yerlərdə isə – “Qəbələ” 19 xalla 11-ci, “Karvan-Yevlax” 8 xalla 12-ci mövqedə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1), “Qarabağ” “Karvan-Yevlax”ı (7:0) məğlub edib.
Qabil YUSİFOĞLU
XQ

