Taylandın Phuket şəhərində keçirilən “Muaytay” idman növü üzrə beynəlxalq yarışa qatılan Borçalının Qaraçöp bölgəsindən olan idmançımız Elvin Kazımov növbəti qələbəsini qazanıb.
Yarışda Rusiya, İran, Tayland, Çin, Gürcüstan, Vyetnam və digər ölkələrdən 50-dən çox idmançı mübarizə aparıb. 57 kq çəki dərəcəsində Elvin Kazımov döyüşdə taylandlı rəqibinə texniki nakautla qalib gəlib.
Məlumat üçün bildirək ki, təcrübəli məşqçi İbrahim Məmmədovun yetirməsi olan Elvin Kazımov bu günədək bir sıra ölkə və beynəlxalq yarışlarda iştirak edərək uğurlar qazanıb.
Ötən ilin yanvar ayında Çinin paytaxtı Pekin şəhərində keçirilən “Kikboksinq” idman növü üzrə K-1 beynəlxalq yarışında isə birinci yerə sahib olub.
P.ƏMİRCANOV
XQ

