Azərbaycanın kişi basketbolçulardan ibarət əsas milli komandası FIBA EuroBasket 2029-un ilkin təsnifat mərhələsi çərçivəsində növbəti sınağına çıxır.
XQ xəbər verir ki, yığmamız sabah səfərdə İrlandiya yığması ilə qarşılaşacaq.
Dublin şəhərindəki "National Basketball Arena"da baş tutacaq həlledici oyun Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Azarkeşlər bu gərgin qarşılaşmanı "İdman TV" vasitəsilə canlı izləyə biləcəklər.
Milli komandamızın bu oyun üçün müəyyənləşən 12 nəfərlik heyətində Emmanuel Aqbason, Vesli Van Bek, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadov yer alıblar.

