Voleybolçu qızların seçimi

post-img

Azərbaycan Voleybol Federasiyasının (AVF) yeniyetmə və gənc qız voleybolçular arasında keçirdiyi seleksiya prosesi başa çatıb.
AVF-dən verilən məlumata görə, “Seçim günü”nün son mərhələsi Naxçıvanda təşkil olunub.
Qurumun Naxçıvan filialında məşq edən 2012–2013-cü il təvəllüdlü 100-ə yaxın voleybolçunun hazırlıq səviyyəsi yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən yoxlanılıb.
Seçim zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, onların fiziki və texniki göstəriciləri məşqçilər heyəti tərəfindən qeydə alınıb. Seçim mərhələsini uğurla keçən idmançılar növbəti aylarda federasiya tərəfindən təşkil olunacaq təlim-məşq toplanışlarına cəlb olunacaqlar.

Qabil YUSİFOĞLU
XQ

İdman