19 cüdoçumuz Daşkənddə Böyük Dəbilqə turnirində

post-img

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 27 fevral – 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turniri keçiriləcək. 

Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Ölkəmiz bu mötəbər yarışda aşağıdakı heyətlə təmsil olunacaq:
Kişilər  Əhməd Yusifov (60 kq), Balabəy Ağayev, Nizami İmranov, Turan Bayramov (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli 

(81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev , Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (+100 kq).

Qadınlar Könül Əliyeva, Şəfəq Həmidova (48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq).
Bütün komanda üzvlərinə uğurlar arzulayırıq.

Qabil YUSİFOĞLU
XQ

İdman