UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyun başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İngiltərə klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Entoni Qordon poker edib. Digər qollara isə Malik Tiau və Ceykop Mörfi imza atıblar.
Komandamızın heyətində yeganə qolu Elvin Cəfərquliyev vurub.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edib.
Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.
XQ

