Şahmatçıların 1/8 final rəqibləri

post-img

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Tay-brekdə qələbə qazanan Nicat Abasov, Xaqan Əhməd, Rəhim Qasımov, Kamal Ağasiyev, Paşam Əlizadə və Rəvan Əliyev növbəti mərhələyə vəsiqə qazanıblar.

Ölkə çempionatının 1/8 final mərhələsində Murad İbrahimli turnirin reytinq favoriti Şəhriyar Məmmədyarovla, Əhməd Əhmədzadə Vüqar Rəsulov, Nicat Abasov Xaqan Əhməd, Rəhim Qasımov isə Aydın Süleymanlı ilə qarşılaşacaq. Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov Şiroğlan Talıbovla, Paşam Əlizadə Read Səmədov, Rəvan Əliyev Məhəmməd Muradlı, Eltac Səfərli isə Kamal Ağasiyevlə mübarizə aparacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman