XVIII turda 18 qol

post-img

Ağdamın “Qarabağ” komandası Misli Premyer Liqasında XVIII tur çərçivəsində “Turan Tovuz”u məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb. Görüşün 41-ci dəqiqəsində Abdullah Zubir topu qonaqların qapısından keçirib. 

Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran “Qarabağ” ikinci pillədəki mövqeyini möhkəmlədib. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 30 xalla üçüncü sıradadır. 

Qeyd edək ki, 18 turdan sonra 43 xal toplayan “Sabah” turnir cədvəlinə başçılıq edir. Komanda son turda “Zirə”ni məğlub edib - 3:1.

Turun digər oyunlarında  “Neftçi” “Araz-Naxçıvan”ın  qapısından 4 cavabsız top keçirib. “Sumqayıt” “Karvan-Yevlax”a (2:0), “Qəbələ” “İmişli”yə (3:2), “Şamaxı” isə “Kəpəz”ə (2:0) qalib gəlib.

Gəncənin “Kəpəz” komandası 12 xalla 11-ci, “Karvan-Yevlax” isə 6 xalla sonuncu - 12-ci pilədə qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ

İdman