Şose velosipedi üzrə Elit/U23 yığma komandamızın üzvləri 2026-cı təqvim ilində nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyənin Alanya şəhərinə təlim-məşq toplanışına yola düşüb. Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenkodan ibarət komandamız martın 16-dək qardaş ölkədə olacaq.
Bu müddət ərzində baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Əsədovun rəhbərliyi altında hazırlıq prosesi keçəcək komanda üzvlərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də iştirak edəcəklər.
Qabil YUSİFOĞLU
XQ

