Azərbaycan Atletika Federasiyasının məlumatına görə, Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək. Beynəlxalq qış turniri yanvarın 30-da Dünya Atletikası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Athletics Club” tərəfindən Bakı Atletika Mərkəzində baş tutacaq.
Yarışda 60 metr məsafəyə qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növündə U-18 və böyük yaş qrupu iştirak edəcək.
Qabil YUSİFOĞLU
XQ

