Gənc cüdoçulara yeni qaydalar izah olunub

post-img

Gənc oğlanlardan ibarət Azərbaycan yığmasının üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub. Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, seminar ACF-nin Hakimlər Komitəsinin sədri Natiq Bağırov və qurumun hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutub.

Mərasimdə qaydalardakı yeniliklər idmançılara praktik nümunələr üzərindən təqdim olunub, müxtəlif epizodlar əsasında hakim qərarlarının formalaşma meyarları geniş müzakirə edilib. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha dəqiq mənimsənilməsini təmin etmək, yarış zamanı yarana biləcək anlaşılmazlıqların qarşısını almaq və taktiki hazırlığın effektivliyini artırmaqdır.

Qabil YUSİFOĞLU 
XQ

 

İdman