Azərbaycan UEFA reytinqində 27-cidir

post-img

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib. Bu, “Qarabağ”ın yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını məğlub etməsi sayəsində mümkün olub.

Bu qalibiyyət sayəsində ölkənin aktivinə 0.500 əmsal əlavə olunub. Azərbaycan hazırda (22.750) 27-ci sıradadır.

28-ci sıradakı Slovakiyanın 22.375 əmsalı var.

Qeyd edək ki, siyahıya 106,991 əmsalla İngiltərə yığması başçılıq edir.

Qabil YUSİFOĞLU
XQ

İdman