6-12 yanvar tarixlərində Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə beynəlxalq yarışlarda təmsil edən idmançı cütlüyü Samanta Ritter və Daniel Brikalov Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı yarışında iştirak ediblər.
Turnirin nəticələrinə əsasən cütlüyümüz 11 idmançı arasında 171.75 xal toplayaraq 3-cü yerdə qərarlaşıb və bürünc medala sahib olublar.
Qabil YUSİFOĞLU
XQ


.jpeg)