Misli Premyer Liqasında XIV tur

post-img

Dünən Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib. Günün ilk qarşılaşmasında “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən oyun 23-cü dəqiqədə hava şəraitinə görə dayandırılıb.

Günün ikinci görüşündə “Sabah” “Neftçi”ni qəbul edib. “Bank Respublika Arena”da baş tutan qarşılaşmada 2:0 hesabı qeydə alınıb.

Qeyd edək ki, XIV turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib, “Zirə” “Qarabağ” görüşü isə heç-heçə yekunlaşıb – 1:1.

Turnir cədvəlinə 30 xalla “Qarabağ” başçılıq edir. İkinci yerdə 27 xalla “Zirə”, 3-cü pilədə isə 25 xalı olan “Sabah” qərarlaşıb.

XIV turun son oyunlarına bu gün yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman