Beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş və 1 bürünc medal

post-img

Yeniyetmə sablyaçılarımız beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı!

Gürcüstanın Tbilisi şəhərində qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında “European CC Tbilisi-2025” beynəlxalq turnirinə yekun vurulub.

Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət sablyaçılarımız komanda yarışında birinci yerlə layiq görülüb. Komandamız finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.

Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.

Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Abbas Hüseynov gümüş medal qazanıb.

Qabil Yusifoğlu
XQ





İdman