Premyer Liqa komandaları 17,6 min manat cərimələnib

post-img

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı komandaları cəzalandırıb.

“Neftçi” komandası “Zirə” ilə matçda qeydə alınan qayda pozuntularına görə ümumilikdə 15 min 700 manat məbləğində cərimələnib. Klubun 4 üzvü sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə 10 000 manat, məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 5000 manat cərimə edilib. Məşqçiyə isə 2 oyunluq cəza verilib.

“Zirə”nin futbolçusu Ayron Qomisin (1 oyunluq cəza) ikinci sarıdan qırmızı vərəqə alması və VAR maşını ətrafında təhlükəsizliyin tam təmin edilməməsi səbəbindən komanda ümumilikdə 1500 manat ziyana düşüb.

Bundan başqa, “Sumqayıt” – “Turan Tovuz” oyununda ev sahibi, “Qəbələ” – “Şamaxı” matçında isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 700 manat cərimə ödəyəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman