Azərbaycan Kubokunda yeni mövsüm başladı

post-img

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Dünən I təsnifat mərhələsinin 4 oyunu baş tutub. “Rekord Arena”da keçirilən “Sheki City” – “Araz Saatlı” qarşılaşması şəkililərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Binə qəsəbə stadionunda keçirilən “Dinamo” – “Kür-Araz” görüşündə də eyni nəticə qeydə alınıb. “Qaradağ Lökbatan” – “Ağdaş” görüşündə bakılılar region təmsilçilərinin qapısından 8 cavabsız top keçiriblər–8:0, “Ağstafa Gəncləri” isə “Şirvan”a minimal hesabla qalib gəlib – 1:0. Bu raundun digər qarşılaşmaları bu gün baş tutacaq.

Qeyd edək ki, qalib komandalar II təsnifat mərhələsində mübarizəni davam etdirəcəklər.

Qabil YUSİFOĞLU
XQ

İdman