2 boksçumuz Avropa çempionatının finalında

post-img

Azərbaycanın 2 təmsilçisi Çexiyanın Ostrava şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında finala yüksəlib.

Oğlanlardan Bilalhəbaşi Nəzərov (50 kq) yarımfinalda Lonut Razvan Panainteyə (Rumıniya) qalib gəlib.

Qızlardan Banuçiçək Nəsirli (48 kq) də yarımfinalda Ameliya Sulanı (İtaliya) məğlub edərək özünə azı çempionatın gümüş medalını təmin edib.

Qabil YUSİFOĞLU
XQ

İdman