Stolüstü tennisçilərimiz ikinci oldular

post-img

III MDB Oyunlarında stolüstü tennis yarışlarının başa çatıb. Yarışları birinci yerdə başa vuran Rusiya komandası 9 qızıl, 1 gümüş medal qazanıb. 6 gümüş, 3 bürünc medalla Azərbaycan idmançıları ikinci, 1 gümüş, 6 bürünc mükafatla Belarus isə üçüncü olub.

Özbəkistan 1 gümüş, 6 bürünc medalla 4-cü, Qazaxıstan isə 3 bürünc medalla 5-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan stolüstü tennis yarışlarında 3 qız və 3 oğlan idmançı ilə təmsil olunub.

Q.ƏLİYEV
XQ

İdman