6 badmintonçumuz “Top-100”də

post-img

Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə "Top-100"də yer alıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında Azərbaycanın təmsilçiləri 4 kateqoriya üzrə "Top-100"də yer alıb.

Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə 92-ci pillədə qərarlaşıb.

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

Qabil YUSİFOĞLU 
XQ

İdman