Gimnastlarımızın 7 medalı

post-img

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Belarusun Mogilyov şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.

Yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, qa­dın idmançıların mübarizəsində isə Dəniz Əliyeva, Nazə­nin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.

Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə 7 medalla qayıdıblar. Albina Əliyeva qızıl medal (dayaqlı tullanma), Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər), 2 bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma) və bürünc (sərbəst hərəkətlər), Leyla Məmmədza­də isə bürünc medal (dayaqlı tullanma) qazanıb.

Qabil YUSİFOĞLU
XQ

İdman