Dünya çempionatına 2 lisenziya

post-img

Azərbaycanın paragüllə atıcıları dünya çem­pionatına 2 lisenziya qazanıblar. Bu barədə Mil­li Paralimpiya Komitəsindən məlumat verilib. 

Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-pridə təmsilçilərimiz Kamran Zeynalov və Aybəniz Babayeva yüksək nəticə göstərərək mundiala lisenziyanı təmin ediblər.

K.Zeynalov 10 metr məsafədən atəş açmada (P1) qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. Paris-2024 Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq 4-cü və 8-ci pillələrdə başa vurub.

Qeyd edək ki, dünya çempionatı 2026-cı il sentyabrın 3-dən 14-nə qədər Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman