Ötən bazar günü futbol üzrə Misli Premyer Liqasında III tura yekun vurulub. Günün ilk görüşündə “Qarabağ” Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”ın qonağı olub. Ağdamlılar rəqibin qapısından 2 cavabsız top keçirib.
Günün digər oyununda isə debütant “İmişli” səfərdə “Sabah”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, turun əvvəlki matçları– “Sumqayıt” – “Şamaxı” – 1:1, “Turan Tovuz” –“Neftçi” – 1:0, “Zirə” – “Kəpəz” 5:0, “Araz-Naxçıvan” –“Qəbələ” 2:1 hesabı ilə başa çatıb.
Qabil YUSİFOĞLU
XQ