UEFA Superkubokunun qalibi adı uğrunda Fransanın PSJ komandası İngiltərənin “Tottenhem” klubuna qarşı keçirdiyi görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda baş tutan qarşılaşmanın 39-cu dəqiqəsində Mikki van de Ven londonluları hesabda önə çıxarıb. Fasilədən sonra 48-ci dəqiqədə Kristian Romero komandasının ikinci qolunu vurub–2:0.
Oyunun sonuna yaxın parislilər dönüş yaratmağa müvəffəq olublar. Belə ki, 85-ci dəqiqədə Li Kan İn, 90+4-cü dəqiqədə isə Qonsalu Ramuş vurduqları qollarla qarşılaşmanı penaltilər seriyasına daşıyıblar–2:2.
11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (4:3) Luis Enrikenin komandası – PSJ Superkuboka sahib çıxıb.
Qabil YUSİFOĞLU
XQ