Futzalçılarımız Avropanın universitet çempionudur

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.

Finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olublar.

M.HACIXANLI
XQ

İdman