ABŞ-də keçirilən klublararası dünya çempionatının finalçısı olan İngiltərə təmsilçisi “Çelsi”- nin indiyədək yarışdan əldə etdiyi gəlir bəlli olub. Belə ki, "zadəganlar" 110 milyon dollar qazanıblar. Yeri gəlmişkən, komanda finalda qalib gəlsə, gəlir 120 milyon dollara çatacaq.
Qeyd edək ki, “Çelsi” həlledici matçda PSJ (Fransa) – “Real” (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma dünən Bakı vaxtı ilə saat 23:00-da başlanıb. Qəzetimiz çapa gedərkən, təəssüf ki, hesab bəlli deyildi.
M.HACIXANLI
XQ