Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. Bu barədə Cüdo Federasiyasından məlumat verilib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edirlər.
3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
M.HACIXANLI
XQ