“Qarabağ” klubu Xankəndidə

post-img

Ağdam komandasının futbolçu və məşqçi heyətinin Xankəndinə gəlişi şəhər sakinlərinin marağına səbəb olub. Sakinlər futbolçularla tanış olaraq həvəslə onlarla xatirə şəkilləri çəkdiriblər. 

Ardınca kollektiv Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Görüş zamanı çıxış edən Qarabağ Universtetinin rektoru Şahin Bayramov “Qarabağ” klubunu Xankəndi şəhərində görməkdən məmnun olduğunu, belə səfərlərin tez-tez baş tutmasını arzuladığını bildirib. 

Tələbələrlə görüşdən şad olduğunu dilə gətirən “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov qonaqpərvərliyə görə universtetinin rəhbərliyinə minnətdarlığını çatdırıb. Daha sonra “Qarabağ”ın futbolçuları, məşqçi heyəti və rəsmiləri konsert proqramında iştirak ediblər.

Qeyd edək ki, “Qarabağ” klubunun üzvləri bundan əvvəl Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər.

M.HACIXANLI 
XQ 

İdman