Qəbələ–Xankəndi ultramarafonunda ilk mərhələ başa çatıb.
Qəbələdən Ağdaşadək 55 kilometr məsafə qət edən marafon iştirakçıları arasında türkiyəli atlet Üzeyir Söyləməz qalib adını qazanıb. İkinci pillədə onun həmyerlisi Ömər Alkanoğlu, üçüncü yerdə isə gürcüstanlı Giorgi Lomidze qərarlaşıblar.
Ultramarafonda Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstandan 81 atlet iştirak edib. “İdman paytaxtı” Qəbələ şəhərindən başlayan marafonun iştirakçıları 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. İştirakçılar bundan sonra Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr), və Ağdam–Xankəndi (28 kilometr) mərhələləri üzrə mübarizə aparacaqlar.
L.AZAD
XQ