Paraüzgüçümüzdən Gimnaziadada bürünc medal

post-img

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında paraüzgüçümüz Səlim Məmmədov (S12) fəxri kürsüyə yüksəlib.

O, 200 metr kompleks (qarışıq) yarışda finişə 3:10.69 dəqiqəyə çataraq bürünc medal qazanıb.

Dünən həmçinin, boksçuların yarışı başlayıb. Bir boksçumuz 3-cü yeri tutub, 5 təmsilçimiz isə döyüşlərini qələbə ilə başa vurduqları üçün özlərinə azı bürünc medalı da təmin ediblər. Komandamızın digər 5 üzvü isə finala vəsiqə qazanıb. Bununla da yığmamızın əldə etdiyi medal sayı 55-ə yüksəlib.

Xatırladaq ki, aprelin 12-dək davam edəcək və 56 ölkədən 2 min 742 idmançının mübarizə apardığı yarışda Azərbaycan 18 idman növündə, ümumilikdə, 191 atletlə təmsil olunur.

L.AZAD
XQ

 

İdman