Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.
Gimnastika Federasiyasından XQ-ə verilən məlumata görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.