Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib

post-img

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının iclası keçirilib.

MOK-dan  verilən məlumata görə, iclasda komissiyanın yeni tərkibi müəyyənləşib.

2025-2028-ci illəri əhatə edən dövr üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Təranə Abbasova (ağırlıqqaldırma), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri seçilib.





İdman