Ayxan Abbasovla yeni müqavilə imzalandı

post-img

“Şamaxı” komandası baş məşqçi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

Klubdan XQ-ə verilən məlumata görə, yeni sözləşmə növbəti mövsümün sonuna qədərdir.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis cari mövsümün əvvəlində "Şamaxı"nın sükanı arxasına keçib. Ayxan Abbasov bu yaxınlarda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına da baş məşqçi təyin edilib.

İdman