Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başlayıb.
Yarışda Azərbaycanın 13 şahmatçısı – Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Read Səmədov, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Suleyman Süleymanlı və Ümid Aslanov çıxış edir.
Avropa çempionatında Dünya kubokuna 20 vəsiqə veriləcək. Turnirə 40 ölkədən, ümumilikdə, 376 şahmatçı qatılıb.
L.AZAD
XQ