3 boksçumuz finalda

post-img

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə 3 boksçumuz finala yüksəlib.

Həlledici mərhələdə komandamızın hər üç üzvü Macarıstan təmsilçiləri ilə mübarizə aparacaqlar. Belə ki, Tural Sarıyev (50 kq) Atilla Bernat, Məhəmmədəli Qasımzadə (60 kq) Kruzito Kovaçs, Əli Abdullayev (65 kq) isə Milan Petrimanla qüvvələrini sınayacaqlar.

L.AZAD
XQ

 

İdman