Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb

post-img

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

İlkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.



İdman