Xizək alpinizmi üzrə Azərbaycan milli komandası Tufandağ Qış-Yay Turizm Mərkəzində təlim-məşq toplantısı çərçivəsində turizm mərkəzinin heyətinə xizək alpinizmi üzrə master-klass və təlimlər keçib.
Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, hazırlığa qatılan iştirakçılar xizək alpinizmi haqqında nəzəri biliklər əldə ediblər. Onlar, həmçinin texniki bacarıqlarını inkişaf etdirib, o cümlədən bu idman növünün çətinlik dərəcələrini öyrəniblər.
Leyla QURBANOVA
XQ