Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən “Xəzər dənizi kuboku” (“Caspian Sea Cup”) beynəlxalq turnirinin qalibi olub.
Qrossmeysterimiz son turda Ermənistan təmsilçisi Vladimir Şahinyanla heç-heçə edib. Bununla da aktivinə daha yarım xal əlavə edən təmsilçimiz 7,5 xalla birinci yeri tutub.
Turnirdə 15 ölkədən 116 şahmatçı çıxış edir.
L.AZAD
XQ