Azərbaycan atleti Balkan çempionatının qalibi olub

post-img

Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqrad şəhərində qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.

 

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,3 metr məsafə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

O, 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.

 

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.

 

Yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur.

İdman