UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

post-img

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.

AFFA-dan verilən məlumata görə, 2023/2024-cü illər mövsümü üçün 1 milyon 955 min avro maliyyə vəsaiti ayrılıb. Bu məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə “Neftçi”, “Səbail”, “Qəbələ”, “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz”, “Kəpəz” klublarının hesabına köçürülüb.

Leyla QURBANOVA
XQ

İdman