Heydər Əliyev Kubokunun “Şahdağ” qalibləri

post-img

“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında uşaqlar və böyüklər arasında snoubord üzrə keçirilən Heydər Əliyev Kubokunun qalibləri müəyyənləşib. 

Yekun nəticələrə görə, uşaqlar arasında Kamal Bəşirli (9-12 yaş, oğlanlar) qalib adını qazanıb. 13-17 yaş qızlar arasında Alisa Qarifova, oğlanlarda isə Daniel Omelyanyuk ilk pillədə qərarlaşıblar. Qadınlar arasında Nuran Musayeva (18-22 yaş), Yevgeniya Cavadova (23-45 yaş), İrina Qarifova (46-56 yaş) 1-ci yeri tutublar. Veteran snoubordçular arasında isə Azad Kəlbiyev qalib olub. 

Heydər Əliyev Kuboku fevralın 1-2-də müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək. 

L.QURBANOVA  
XQ

İdman