Rusiyalı qrossmeyster qeyri-peşəkarlıqda ittiham edilir

post-img

Rusiya Şahmat Federasiyasının (RFF) prezidenti Andrey Filatov rusiyalı Daniil Dubovun amerikalı qrossmeyster Hans Niemannla oyunlardan yayınmasına təəccübləndiyini bildirib. Onun sözlərini TASS sitat gətirir.

“Sual yaranır ki, niyə Dubov Niemann ilə oynamamaq qərarına gəlir, Karlsen isə dünya blits çempionatında onunla sakitcə oynayır. Karlsen, əminəm ki, vəkillərlə məsləhətləşdi və bunun onun üçün nə demək olduğunu başa düşdü və risk etməmək qərarına gəldi”, - Filatov bildirib.

O, həmçinin əlavə edib ki, Dubovun davranışını qeyri-peşəkar hesab edir və bildirir ki, şəxsi inanclarından ötrü oyunu buraxa bilərdi.

Xatırladaq ki, Dubov dekabrın 31-də keçirilən oyunda görüşə gəlməyib. Mətbuatda yayılan məlumata görə, oyunu buraxmağa səbəb Dubovun otağında yatması və təyin olunmuş vaxtda oyanmaması olub. Təşkilatçılar rusiyalıya texniki məğlubiyyət vermək qərarına gəliblər və bu səbəbdən o, turnirin 1/4 finalına vəsiqə qazana bilməyib.

S.ELAY

XQ

İdman