ABŞ əvvəllər kiberhücumlarda iştirakda ittiham olunan Çinin “Integrity Technology Group” şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sənəddə bildirilib ki, səhmləri Şanxay Fond Birjasında satılan şirkət “Flax Typhoon” haker qrupu ilə əlaqəli “botnet” idarə etməkdə şübhəli bilinir.
ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, bu qrup kibercasusluqla məşğul olur və bütün dünyada internetə qoşulmuş kompüter və sənaye qurğularına hücumlar həyata keçirir. (Report)