Soydaşımız Türkiyə millisinin baş məşqçisidir

post-img

Azərbaycan əsilli sabiq idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub. Bu barədə 34 yaşlı keçmiş atletin özü məlumat verib. R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.

Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub. Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilə qədər Azərbaycan millisinin şərəfini qoruyub. Sonradan “ay-ulduzlu” formanı geyinən həmyerlimiz 2017-ci ildə dünya, 1 il sonra isə Avropa çempionu adını qazanıb. ­Ramil Quliyev Türkiyədə 2018-ci ilin ən yaxşı idmançısı seçilib.

XQ

İdman