Bu gün qadın voleybolçular arasında Yüksək Liqada ilin son oyunları keçiriləcək

post-img

Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulacaq.

“Gəncə” evdə UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Eyni saatda “Abşeron” və “Azərreyl” komandaları qarşılaşacaq.

İlin son turuna saat 17:00-da keçiriləcək “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla “Abşeron” başçılıq edir. Eyni xala malik son çempion “Azərreyl” 2-ci yerdə qərarlaşıb.

İdman