Federasiya nümayəndələri beynəlxalq seminarda

post-img

Cüdoda tətbiq olunacaq yeni qaydalarla bağlı beynəlxalq seminar keçirilib. Seminarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) tətbiq ediləcək yeni qaydaları rəsmi olaraq elan edib.

Aparılan təhlil və müzakirələrdən sonra qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeniliklər gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

S.FİDAN
XQ

İdman