Bədii gimnastika üzrə hakimlərimizin uğuru

post-img

Azərbaycanın bədii gimnastika üzrə hakimləri tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə ədalət təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.

Nigar Abdusalimova fərdi proqramda 1, qrup hərəkətlərində 2-ci kateqoriyaya yiyələnib. Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1, fərdi proqramda 2-ci kateqoriyaya sahib çıxıb.

Bundan əlavə, Səbinə Hacıyeva (fərdi proqram üzrə) 2-ci, Vəfa Bəkərova (qrup hərəkətləri üzrə) 3-cü kateqoriyanı əldə ediblər.

L.QURBANOVA
XQ

İdman