Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib.
Binə Atçılıq Mərkəzinin qapalı manejində son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar keçirilib.
Günün ilk görüşündə “Elit” komandası “Şirvan”ı 5-0 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmalarda “Omar” “Qarabağ”ı 7, “Zəfər” “Ağstafa Dilbaz”ı 5, “Polad” “Köhlən”i 12 cavabsız qolla üstələyib.
Günün son, mövsümün isə final matçında “Sərhədçi” “Embavud” üzərində 13-0 hesablı qələbə qazanaraq çempionluq tituluna yiyələnib.
18 tur ərzində keçirilmiş, ümumilikdə, 90 oyunda əldə edilən nəticələrə əsasən, Peşəkar Çövkən Liqasını “Sərhədçi” birinci, “Polad” ikinci, “Zəfər” isə üçüncü pillədə başa vurub.
L.QURBANOVA
XQ