Güllə atıcılarımız 5 medal “ovlayıblar”

post-img

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar.

Oğlanlardan ibarət yığma komandamız 10 metr pnevmatik tapançadan atəş açma yarışında qızıl mükafata sahib çıxıb. Qızlardan ibarət kollektiv isə gümüş medal əldə edib.

Qeyd edək ki, daha əvvəl millimizin heyətində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev isə bürünc mükafat qazanıb.

Leyla HADİ,
tələbə-jurnalist 

İdman